Xalq artisti Bilal Əliyev “Şou ATV” verilişinin qonağı olub.

Müğənni proqramda çətin günlərindən danışıb: ““Uşaqlığım əziyyətlə keçib. Bu yerlərə də əziyyətlə gəlib çıxmışam. Həyatımda ağır itkilərim olub. Ulu öndər Heydər Əliyevin qarşısında yalnız ağ kostyumda çıxış edirdim. O dünyasını dəyişəndən sonra ağ kostyum geyinmirəm. Ailəmdə də itkilərim oldu. Bacım anamdan öncə dünyasını dəyişmişdi. Onu 28 yaşında qəzada itirdik. Ondan yadigar 3 övladı qaldı. O itkidən sonra dünyalar qədər sevdiyim anam dünyasını dəyişdi. Atam bacı-qardaşımı mənə əmanət elədi. Daha sonra iki qardaşım da 44 yaşında rəhmətə getdi. O qədər fikir elədim ki, bədənimdə şəkər əmələ gəldi”.

 

 

İstinadlar lent.az