Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturlarına son vaxtlar endirilən kütləvi hava zərbələri nəticəsində ölkədə ciddi enerji böhranı müşahidə olunur. Xüsusilə əhalinin enerji təminatında ciddi fasilələr müşahidə olunur. Ukraynanın Ukrenergo Milli Dövlət Energetika Şirkətinin rəhbəri Volodimir Kudritskiy mövcud vəziyyətlə bağlı “Report”un Şərqi Avropa bürosuna müsahibə verib.

– Son raket zərbələrindən sonra Ukraynanın enerji infrastrukturu əsasən hansı problemlərlə üzləşib?

– 2022-2023-cü ilin qışından düşmən ordusu “Ukrenergo”nun obyektlərinə hücuma başlayıb. Biz ölkənin enerjiyə olan tələbatının 40%-ni təmin edən şirkətik. Bundan başqa ölkədə əsas şəbəkənin yarıdan çoxu və demək olar ki, bütün istilik və su elektrik stansiyaları zədələnib. “Ukrenergo” şəbəkədəki yarımstansiyaları, nəqliyyat qovşaqlarını bərpa etməyə və 2022-23-cü ilin qışında zədələnmiş elektrik stansiyalarını qismən bərpa etməyə nail olub. Rusiya hazırda elektrik stansiyaları və yarımstansiyalara “Şahed” və kamikadze dronları ilə hücumlar edir. “Ukrenergo”nun nəqliyyat şəbəkəsi stabil işləyir və istənilən regiona lazımi həcmdə elektrik enerjisini ötürmək və nəql etmək iqtidarındadır. Amma bizim elektrik enerjisi istehsalı ilə bağlı böyük problemlərimiz var. Ukrayna Prezidentinin dediyi kimi, biz doqquz qiqavatdan çox istehsalı itirmişik, bu, kifayət qədər çoxdur. Bu, Macarıstanı və ya Slovakiya və Baltikyanı ölkələri birlikdə elektrik enerjisi ilə təmin etməyə kifayət edən gücdür. Buna görə indi bizdə böyük kəsir yaranır və biz sistem operatoru olaraq istehlakçıların şəbəkədən müvəqqəti ayırmaqla bağlı qrafiklər tətbiq etməliyik. İstehlak yüksəkdir, ona görə də indi əsas problem istehsalın olmamasıdır.

– Ölkədə hansı həcmdə enerji infrastrukturu hücumlar nəticəsində dağılıb və daha çox hansı regionlar əziyyət çəkir?

– “Ukrenergo”nun nəqliyyat şəbəkəsində problem yerləri yoxdur və istənilən miqdarda elektrik enerjisini daşımağa qadirdir. Ən böyük hücumlar Odessa, Xarkov, Kiyev, Zaporojye, Nikolayev, həmçinin Sumı və Lvova olub. Bu günə qədər məhz “Ukrenergo”nun yarımstansiyaları regionlarda normal fəaliyyət göstərdikləri səviyyəyə gətirilib. Ümumilikdə enerji sistemində elektrik enerjisinin istehsalı istehlakdan qat-qat azdır. Hazırda elektrik enerjisini kifayət qədər istehsal edə biləcək elektrik stansiyaları çatışmır.

– Qışa doğru vəziyyətdən çıxmaq üçün hansı addımlar atılır?

– Elektrik enerjisinin istehsalında problemlərimiz olacaq. Yəni elektrik enerjisi istehsalı üçün kifayət qədər istehsal gücü yoxdur. İtirdiyimiz bu doqquz qiqavatın bir hissəsi bərpa olunacaq, amma təəssüf ki, hamısı yox. Yəqin ki, qışda elektrik enerjisinin kəsilməsi ilə üzləşməli olacağıq. Biz Avropadan elektrik enerjisi idxalından fəal istifadə edirik. Ukraynanın enerji sistemi Avropaya bağlıdır. Ölkəmizə hücum başlamazdan 4 saat əvvəl Rusiyanın enerji sistemindən ayrıldıq. Biz bunu elə bu oturduğumuz binadan etmişdik. Amma Avropadan idxal kəsiri ödəyə bilməyəcək və böyük ehtimalla qışda elektrik enerjisinin kəsilmələri olacaq.

– Azərbaycan ilə əməkdaşlıq hansı səviyyədədir?

– Azərbaycan şirkətləri ilə münasibətlərimizin tarixi Rusiyanın Ukraynaya təcavüzünə başlamasında qat-qat əvvələ gedir. Müharibədən xeyli əvvəl “Ukrenergo” müxtəlif şirkətlər ilə, xüsusən də Azərbaycanın “Azenko” şirkəti ilə müxtəlif növ avadanlıqların, transformator avadanlıqlarının və elektrik avadanlıqlarının tədarükü üzrə əməkdaşlıq edirdi. Biz “Azenko” ilə beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq etmişik, ona görə də bizim üçün Azərbaycan şirkətləri, biznesi çoxdankı tərəfdaşlardır. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanmasından sonrakı dövrə gəlincə, Ukraynanın enerji sistemi, xüsusən ən çətin dövr olan 2022-23-cü illərin qışında, əhalinin elektrik enerjisi ilə təminatının bərpası üçün Azərbaycandan humanitar xarakterli çox əhəmiyyətli yardım alıb. Çətin dövr idi və Azərbaycan, hökumət və şirkətlər Ukrayna xalqına enerji sistemində dəstək verdilər. Buna görə biz Azərbaycana çox minnətdarıq. Qələbəmizdən sonra Ukrayna bazarı onilliklər ərzində qitədə ən böyük yenidənqurma bazarı olacaq. Burada elektrik avadanlıqları, materiallar, fabriklər üçün avadanlıqlar və digər istiqamətli şirkətlər meydana çıxacaq. Gözləyirik ki, Azərbaycan Ukraynanın enerji sektorunda iştirak edəcək, Ukraynanın enerji sektorunun yenidən qurulmasında fəal iştirakçı olacaq. Söhbət tək elektrik enerjisinin ənənəvi istehsalından, şəbəkə və yarımstansiyalardan deyil, həmçinin bərpa olunan enerji mənbələrindən gedir. Əminəm ki, Azərbaycan da Ukrayna bazarında oyunçu olacaq. Bilirsiniz, Ukraynada, Azərbaycanda, məsələn, avtotransformator avadanlıqlarının istehsalı üçün kifayət qədər unikal istehsal müəssisələri var. Avropada yaşıl enerjinin inkişafı ona gətirib çıxarıb ki, şəbəkələrə böyük sərmayə qoymaq lazımdır. Yüksək gərginlikli avtotransformatorlar kimi istehsal texnologiyalarına sahib olan ölkələrin böyük üstünlüyü var. Məncə, bu sahədə əməkdaşlıq bizim şirkətlər üçün qat-qat maraqlı olardı.

– Enerji infrastrukturlarının hava hücumundan müdafiə sistemində nə yeniliklər var? Ukraynanın işğal altda olan Zaporojye AES-də vəziyyət nə yerdədir?

İstinadlar Report