Ukrayna Silahlı Qüvvələrinə son günlər verilən, gündəmin müzakirəsində olan əks-hücum əməliyyatları üçün silahların adları məlum olub.

Ukraynanın hərbi arsenal üzrə eksperti Maksim Marçuk “Report”un Şərqi Avropa bürosuna bildirib ki, Ukraynaya piyadaların zirehli maşınlarının tədarükü həyata keçirilir, əsas məsələ logistika və vaxt ilə bağlıdır:

“Maşınların çox hissəsi artıq yoldadır. ABŞ-ın bizə təqdim etdiyi “Patriot” sistemləri ilə bağlı uğurlu təlimlər keçirilir, sistemlərin bir qismi artıq istifadə olunur. ABŞ həmçinin bizə “Abrams” tanklarının ən son və sondan öncəki nəsillərini tədarük etməyə söz verib. Estoniya bizə 155 kalibrli haubitsalar, həmçinin 152 və 155 kalibrli sursat təqdim edəcək”, – deyə, o, əlavə edib.

Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets isə “Report”un Şərqi Avropa bürosuna açıqlayıb ki, hazırda Ukrayna Silahlı Qüvələri hələ müharibənin əvvəlində haqqında söhbət gedən silah-sursat alır:

İstinadlar Report