Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 39-a çatıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”də yazıb.

O bildirib ki, 120 şəhər və kəndə, həmçinin yüzlərlə mülki obyektə ziyan dəyib.

Ukrayna lideri bu hücumu pisləyən bütün dünya liderlərinə, siyasətçilərinə və ictimai xadimlərinə xüsusi minnətdarlığını bildirib: “Mən dünyanın hər yerində olan və haqq səsimizi eşidən jurnalistlərə minnətdaram”.

Dövlət başçısı Rusiyaya qarşı birgə mübarizə üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyib.

İstinadlar Report