İyunun 13-də Pentaqonun rəhbəri Lloyd Austin Ukraynaya hərbi yardım göstərən ölkələrin aylıq toplantısını keçirəcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Qeyd olunub ki, Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarli Braun Ukraynada davam edən böhranı və Kiyevə hərbi dəstəyi müzakirə etmək üçün Brüsseldə 50-yə yaxın ölkənin müdafiə naziri və generalının iştirakı ilə tədbir keçirəcək.

İstinadlar Report