
Ukraynaya hərbi istehsalını genişləndirmək üçün 20 milyard dollara qədər maliyyə lazımdır.
Bu barədə Ukraynanın strateji sənaye sahələri naziri Qerman Smetanin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Bir çox aspektdən maliyyədən daha çox imkanlarımız var. İstehsalı artırmaq üçün 15-20 milyard dollar tapmalıyıq”, – o deyib.
Nazir Ukraynanın silah, o cümlədən uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları istehsalını artırmaq niyyətində olduğunu vurğulayıb.