Ukraynanın Xarici işlər naziri Pavel Klimkin yeni seçilən Prezident Vladimir Zelenski ilə işləmək üçün şərtlərini açıqlayıb.

Nazir yeni hökumətdə təmsil olunmasının iki məsələdən asılı olduğunu deyib.

P.Klimkin bildirib ki, bunlar qarşılıqlı istək və üstünlük verdikləri məsələlərdə mövqelərin üst-üstə düşməsidir: “Mənim prinsip və dəyərlərim var. Əgər bunlar üst-üstə düşsə və işləmək üçün qarşılıqlı istək olsa onda biz danışacağıq. 5 ildə gördüyüüz işlərdən imtina etmək niyyətində deyiləm”.

Məlumaata görə, bir müddət əvvəl V.Zelenski Ukraynanın Baş Naziri Vladimir Qroysmanla gizlicə görüşüb.

İstinadlar Report