“Ukraynadakı müharibə ilə bağlı Çinin hazırkı mövqeyi Moskvadan daha çox Kiyev üçün faydalıdır”.

Bunu Ukraynanın xarici işlər Dmitro Kuleba “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya Çindən proseslərdə onun tərəfində iştirak etməyini istəyir: “Əlbəttə, biz Pekindən daha çoxunu istəyirik. Amma başa düşürük ki, reallıq budur. Bu, bizə sərf edir”.

XİN başçısı həmçinin Çinə xəbərdarlıq edib: “Çin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləsə, bu, ikitərəfli münasibətlərimizə təsir edəcək”.

D.Kuleba İranla münasibətləri xatırladıb: “Tehran Ukraynanı xaincəsinə kürəyindən bıçaqlayana və Rusiyaya kamikadze dronları çatdırana qədər konstruktiv münasibətlərimiz var idi”.

İstinadlar Report