
Ukraynanın Poltava vilayəti ilk dəfə Rusiyanın kütləvi hava hücumlarına məruz qalıb.
Bunu vilayətin hərbi administrasiyasının rəhbəri Filip Pronin deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun Poltava şəhəri daxil olmaqla vilayətin bir neçə rayonuna başlayan hava hücumu nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Yaralılardan 2-si azyaşlı uşaqdır.
Mülki infrastruktura da ciddi ziyan dəyib. Hazırda vilayətə hücum davam edir, Poltava da daxil olmaqla qonşu Kiyev və bir sıra vilayətlərdə hava həyəcan siqnalları işə düşüb.