Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkəyə dəyən ümumi ziyanın məbləği 600 milyard ABŞ dollarına çatır.

Bu barədə “Kyiv School of Economics” məlumat yayıb.

İki ay yarım davam edən müharibədə 31 milyard ABŞ dolları dəyərində yaşayış sahəsi dağıdılıb və ya zədələnib. Yaşayış fondunun dağıdılmasından ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne kimi şəhərlər zərər çəkib.

Qeyd edilir ki, 27 neft anbarının dağıdılması nəticəsində dəymiş zərər 227 milyon dollar təşkil edir.

Ümumilikdə fevralın 24-dən indiyədək Ukraynada azı 1 000-ə yaxın məktəb, 508 tibb müəssisəsi, 562 uşaq bağçası, 295 körpü, 156 anbar, 102 dini bina, 83 inzibati bina, 27 neft bazası və 12 mülki hava limanı zədələnib və ya dağıdılıb.

İstinadlar Report