Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti, doqquzuncu görüşü fevralın 14-də keçiriləcək.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
O bildirib ki, müharibənin ildönümü ərəfəsində keçiriləcək görüşdə Ukraynanın silah ehtiyaclarının ödənilməsi müzakirə olunacaq.
Görüşdə Ukrayna Silahlı Qüvvələrinin aviasiya vasitələri ilə təmin olunmasına dair danışıqların aparılması da gözlənilir.