“Ukrayna Qərb silahlarından istifadə edə bilər”.

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov jurnalistlərə açıqlamasında deyib.

“ABŞ və tərəfdaşları tərəfindən Ukraynaya verilən silahlar Rusiya ərazisində istifadə edilə bilməz. Lakin bu, müvəqqəti işğal olunmuş Krıma aid deyil. Bizim ABŞ-la müqaviləmiz var ki, onların verdiyi silahlardan Rusiya ərazisini vurmaq üçün istifadə etməyəcəyik. Amma əgər biz Ukraynanın ərazilərinin azad olunmasından danışırıqsa, deməliyik ki, düşmən harada varsa, orada bu silahlardan yararlana bilərik”, – nazir bildirib.

İstinadlar Report