Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.

Bu barədə Rusiya qüvvələrinin təyin etdiyi vilayət administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.

Onun sözlərinə görə, gəmi 7 min ton taxıl daşıyır. Y.Balitski kollaborant gəminin istiqaməti barədə məlumat verməsə də, onun “dost ölkələrə” yollandığını vurğulayıb.

İstinadlar Report