Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov istefa ərizəsi verib.

Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

Radanın deputatı Yaroslav Jeleznyak öz növbəsində bildirib ki, Kubrakovun vəzifədən azad edilməsi onu yeni vəzifəyə – baş nazirin müavini təyin etmək üçün həyata keçirilir.

Eyni zamanda, hakimiyyət İnfrastruktur Nazirliyi və Regional Siyasət Nazirliyini birləşdirməyi planlaşdırır, yeni şöbəyə Kubrakov rəhbərlik edəcək.

İstinadlar Report