Ukraynanın ilk və yeganə kosmonavtı dünyasını dəyişib
68 yaşlı Leonid Kadenyuk ənənəvi səhər qaçışı zamanı vəfat edib. Ürək sancması diaqnozu ilə kosmonavtı xəstəxanaya yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Ukraynanın baş naziri Vladimir Qroysman “Facebook” səhifəsində yazıb: “Leonid Kadenyuk vəfat etdi. Əsl əfsanə-insan. Yaxınlarına və doğmalarına baş sağlığı verirəm”.
Kadenyuk 1951-ci ilin 28 yanvar tarixində Xotinsk rayonunun Klikovts kəndində, müəllim ailəsində anadan olub. 1995-ci ildə Ukrayna Milli Kosmik Agentliyinə seçilib.
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Ölkə-az