Rusiyanın hərbi əməliyyata başlamasından sonra Ukrayna hökuməti orduya 8,3 milyard ABŞ dolları yönləndirib.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Reuters agentliyinə verdiyi yazılı açıqlamada deyilir.

Qeyd olunur ki, bu vəsait müxtəlif növ silahların alınmasına, hərbi texnikanın təmirinə, habelə rəsmi statistikaya əsasən ölkədə 2,7 milyon nəfərə yaxın olan müvəqqəti köçkünlərə yardım göstərilməsinə yönəldilib.

İstinadlar Report