“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin aprelin 19-da elan etdiyi Pasxa barışığına cavab olaraq güzgü kimi davranacağını vəd edib, lakin güzgü əyri çıxıb”. 

Bu sözləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

“Kiyev sülhməramlı “HALO Trust” (minalardan təmizləmə təşkilatı – red) kimi görünmək cəhdi ilə Qərbin gözünə toz atır. Kiyevə heç bir inam yoxdur. Ukrayna rejimi dəfələrlə siyasi razılaşmalara əməl edə bilmədiyini nümayiş etdirib”, – o bildirib.

Qeyd edək ki, aprelin 19-da Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a qədər bütün hərbi əməliyyatların dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb.