Ukraynanın Lvov şəhərinin Lıçakovski Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan xalq deputatı Viktor Medvedçukun həbs müddətini uzadıb.

Bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, xalq deputatının həbs müddəti sentyabrın 19-dək artırılıb.

Qeyd edək ki, 2021-ci aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində V.Medvedçuk saxlanılıb.

O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayından isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilib. Daha onra V.Medvedçukun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

21 fevral 2022-ci ildə V.Medvedçukun Kiyevdəki malikanəsindən əmlak müsadirə edilib. Fevralın 27-də onun ev dustaqlığından qaçdığı məlum olub.

Qaçağın axtarışını prokurorluq əməkdaşları ilə birgə Təhlükəsizlik Xidmətinin xüsusi qrupu həyata keçirib.

Martın 18-də məhkəmə V.Medvedçukun qiyabi həbsinə icazə verib.

Aprelin 12-də Medvedçukun Ukraynada saxlanması barədə məlumat yayılıb. O, Ukraynanı tərk etməyə çalışıb.

Aprelin 13-də Medvedçukun həyat yoldaşı Oksana Marçenko yutub vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə “müxalifət lideri olan ərinin dərhal azad edilməsini” tələb edən videomüraciət yayıb. Siyasətçinin həyat yoldaşı həmçinin daha yumşaq və mühafizəkar tərzdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət ünvanlayıb.

Xatırladaq ki, Rusiya ilə sıx əlaqələri olan V.Medvedçukun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putindir.

İstinadlar Report