Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hücumlar nəticəsində bir gündə 20 dinc sakin həlak olub.

Bu barədə Ukrayna Ordusunun Birləşmiş Qüvvələrin Qruplaşmasının xülasəsində deyilir.

Qeyd edilir ki, qurbanlar arasında bir uşaq da var.

Bildirilir ki, Rusiya ordusu bütün müdafiə zonası boyunca döyüş təyyarələrindən, reaktiv yaylım atəş sistemlərindən, iriçaplı top artilleriyasından, tanklardan, müxtəlif sistemlərin minaatanlarından istifadə edir, mülki infrastruktur obyektlərinə, dinc yaşayış məntəqələrinə raket-bombalı zərbələr endirir.

İstinadlar Report