
Ukraynanın beynəlxalq ehtiyatları ilin ilk ayında 43 milyard dollara qədər azalıb.
Bu barədə Ukrayna Milli Bankı (UMB) məlumat verib.
“2025-ci il fevralın 1-nə olan vəziyyətə görə, ilkin məlumatlara əsasən, Ukraynanın beynəlxalq ehtiyatları 43,003 milyard dollar təşkil edib. Yanvar ayında onlar 1,8% azalıb”, – tənzimləyicinin saytında qeyd olunub.
UMB-də ehtiyatların azalmasının səbəbləri kimi dövlət borcuna xidmət və ödənişlər üçün 535,8 milyon dollar və valyuta bazarında 3,75 milyard dollar satışı göstərilib. Eyni zamanda, hökumətin UMB-dəki hesablarına 3 milyard avro daxil olub.