İdrak Camalbəylinin reportajlarında həmişə real hadisələr, eləcə də əllərində silahla öz doğma torpaqlarını müdafiə edən insanların hissləri əks olunurdu.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski azərbaycanlı hərbi müxbir İdrak Camalbəylinin dəfn mərasimindən sonra sosial şəbəkələrdə yazıb.

İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.

Dəfn mərasimində iştirak edən səfir Rusiya-Ukrayna müharibəsi başlayan dövrdən İdrak Camalbəylinin ən qaynar nöqtələrə getdiyini vurğulayıb:

“O, bütün Avropanın sülhü və əmin-amanlığı üçün yüksək bədəl ödəyən Ukrayna xalqının şücaətini, qəhrəmanlığını göstərirdi”.

İstinadlar Report