Ukraynanın Azərbaycanda yeni səfiri Yuri Qusev azad olunan ərazilərə ilk dəfə səfərindən və Laçında olmaq imkanı qazanmasından razılıq ifadə edib.

“Report”a açıqlamasında səfir Laçını Ukraynanın İrpen şəhəri ilə əlaqələndirmək kimi planların olduğunu deyib:

“Bu gün biz də Ukraynanın müxtəlif bölgələrində bərpa üçün nəhəng layihələr həyata keçiririk və bunu edərkən Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yaxşı təcrübəsini görürük. Laçında biz yeni binalar, yollar, infrastruktur görə bilirik və bu, çox yaxşıdır və həqiqətən, ruhlandırıcıdır”.

Ukraynanın da Azərbaycan kimi mina problemindən əziyyət çəkməsinə münasibət bildirən diplomat bildirib ki, onun ANAMA ilə görüşləri olub:

İstinadlar Report