Prezident Volodimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanın Ukraynanın axtarış-xilasetmə qrupunun Türkiyə xalqına kömək etmək üçün yola düşdüyünü və lazımi avadanlıqların göndərildiyini söyləyib.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukrayna Prezident Ofisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ukraynanın dövlət başçısı türkiyəli həmkarına dəhşətli zəlzələ hadisəsi ilə əlaqədar başsağlığı verib.

İstinadlar Report