
“Kaxovka su elektrik stansiyasının partladılması nəticəsində dəymiş ziyan təxminən 14 milyard dollar təşkil edəcək”.
Bunu şənbə günü “Funke” media qrupuna müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev deyib.
Onun sözlərinə görə, bioloji resursların itirilməsi nəticəsində balıq sənayesinə dəyən ziyan ciddi olacaq.
“Təkcə bu il Ukraynanın sürətlə bərpası üçün xərclər 14,1 milyard dollar təşkil edib”, – deyən səfir qeyd edib ki, bu məbləğin 3,3 milyard dolları artıq ölkə büdcəsinə ayrılıb.
O vurğulayıb ki, 20 min hektardan çox əkin sahəsi uzun illərdir istismara yararlı olmayacaq.