Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.

Səfirin sözlərinə görə, onlar əsasən itkin düşmüş və ya həlak olmuş Ukrayna hərbçilərinin uşaqlarıdır.

Y.Qusev vurğulayıb ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında uşaqları Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə qarşılayıblar.

“Uşaqlar Quba sanatoriyasında reabilitasiya keçə, Azərbaycan mədəniyyəti ilə tanış ola, Bakının görməli yerlərini, o cümlədən Ukrayna Mərkəzini ziyarət edə biləcəklər”, – məlumatda bildirilib.

Diplomat həmçinin əlavə edib ki, bu, reabilitasiya üçün Ukraynadan gələn uşaqlardan ibarət doqquzuncu qrupdur.

İstinadlar Report