“Qarabağda turizmi inkişaf etdirmək perspektivi çox böyükdür”.

Bunu “Report”a dünyanın 182 ölkəsinə səfər etmiş ukraynalı səyyah Konstantin Liorek Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı bildirib.

“Azərbaycanda dəfələrlə olmuşam. Daha çox olduğum Bakı ən çox sevdiyim şəhərlərdən biridir. İşğaldan azad edilmiş ərazilərə ilk səfərimdir. Buranın təbiəti möhtəşəmdir. Dağlıq ərazilər mənə Monteneqro və Albaniyanı xatırladır. Burada turizmi inkişaf etdirmək perspektivi böyükdür. Ümid edirəm ki, burada hər zaman sülh və əmin-amanlıq olacaq”, – o deyib.

Füzulidə istifadəyə verilmiş və Zəngilanda tikilməkdə olan hava limanları səyyahda böyük təəssürat yaradıb: “Hava limanları səyyahların ikinci evi kimidir. Mənim il ərzində 100-dən çox uçuşum olur. Heydər Əliyev adına Hava Limanı dünyanın ən gözəl hava limanlarından biridir”.

K.Liorek Ukraynada davam edən müharibə səbəbindən Bakı gəlib-gəlməməklə bağlı tərəddüd etdiyini vurğulayıb.

İstinadlar Report