Pekin Moskvanın Ukraynada apardığı müharibəni dəstəkləyib-dəstəkləməyəcəyini hələ də müəyyənləşdirməyib”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuriy Kamelçuk deyib.

Onun fikrincə, Çin Rusiyanı iqtisadi cəhətdən dəstəkləməyə davam edir. Çünki Pekin Moskvadan enerji daşıyıcıları – neft, qaz və s. alır, əvəzində isə Rusiyaya hələ Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl imzalanmış müqavilələr üzrə elektrotexniki və s. avadanlıqların təchizatı ilə bağlı öhdəliklərini yerinə yetirir.

“Digər tərəfdən Çin nə Avropa, nə də ABŞ sanksiyalarına qoşulur. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək deməkdir. Gələcəkdə nə olacağını görəcəyik. Amma indi Çinin irəli sürdüyü “sülh” təklifi qəbuledilməzdir. Çünki Rusiya tərəfdən heç bir konkret addım görmürük”, – Ali Radanın deputatı vurğulayıb.

İstinadlar Report