Ukraynada səfərbərlikdən yayınmaq üçün 37 min dollara “Ağ hərbi biletlər” (sağlamlığınıza görə sizi hərbi xidmətdən azad edən hərbi biletlər – Qeyd) alınır.

Bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Yurçenko səsləndirib.

“Daim eşidirik ki, bir hərbi komissar İspaniyada ev alıb, digər hərbi komissar rüşvətə görə saxlanılıb. İndi “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər “, – deyə o bildirib.

Ukraynanın “Strana” nəşri xalq deputatının sözlərini şərh edərək xatırladıb ki, səfərbərlik qanunvericiliyi sərtləşdirilənə qədər həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin dəyəri 5-10 min dollar təşkil edirdi.