ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Prezident Donald Trampa işğal olunmuş dörd Ukrayna vilayətini Rusiya ərazisi kimi tanımağı təklif edib. Söhbət Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətlərindən gedir. Lakin bunların heç birini Rusiya tam nəzarətdə saxlamır.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı hərbi-siyasi şərhçi Taras Berezovets ölkəsinin bölünməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, ABŞ-də bəzi şəxslərin istəyidir, amma Kiyev razı deyil.

“ABŞ-Rusiya nümayəndələrinin görüşündə guya təklif səslənib ki, Ukrayna bu vilayətlərdən öz qoşunlarını çıxarmalı və onları Rusiyaya aid ərazi kimi tanımalıdır. Halbuki bu ehtimal ABŞ rəsmi mənbələri tərəfindən təsdiqlənmir. Uitkoff əvvəllər də belə fikirləri jurnalist Taker Karlsona verdiyi müsahibədə səsləndirmişdi. Nəticə olaraq, ABŞ KİV-lərinin məlumatına görə, bir çox nüfuzlu respublikaçılar, senatorlar, milli təhlükəsizlik məsələləri üzrə müşavir Mayk Uoltsa və dövlət katibi Marko Rubioya qəzəblərini ifadə ediblər. Belə bir plan həyata keçirilə bilməz. Çünki Ukrayna heç bir halda öz ərazisindən qoşunlarını çıxarmaq və xüsusilə də müvəqqəti işğal olunmuş ərazilərini Rusiyaya məxsus ərazi kimi tanımaq təklifini qəbul etməyəcək”, – şərhçi qeyd edib.

T.Berezovets əlavə edib ki, ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq tərəfindən irəli sürülən başqa bir təklif müxtəlif təsir zonaları yaratmaqdan ibarətdir:

İstinadlar Report