Prezident Volodimir Zelenski Ukraynadakı Polşa vətəndaşları üçün xüsusi statusun tətbiq olunduğunu açıqlayıb.

Qeyd edilir ki, dövlət başçısı müvafiq qanun layihəsini Ali Radaya təqdim edəcək.

Prezident yaxın vaxtlarda Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu ilə bağlı qanun layihəsinin parlamentə təqdim ediləcəyini açıqlayıb.

Qanun layihəsinin təfərrüatları hələ açıqlanmır.

Xatırladaq ki, bu gün Polşa Prezidenti Anjey Duda Kiyevdə səfərdədir. O, ötən gün bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün işğal olunmuş ərazilərin Kiyevə qaytarılması ilə başa çatmalıdır.

İstinadlar Report