Tehran yaxınlığında “Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm günü elan edilib.

Bu barədə Prezident Aparatının saytı məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. Sənədlə həmçinin əyləncə və konsert tədbirləri təxirə salınıb, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər edilib.

“Ölənlərin xatirəsini ehtiramla yad etmək məqsədi ilə prezident dövlət, yerli özünüidarəetmə orqanlarının, dövlət müəssisə, idarə və təşkilatların binalarında Ukrayna dövlət bayrağının endirilməsini qərara alıb”, – məlumatda deyilir.

Təyyarə qəzası ilə əlaqədar yanvarın 9-10-da Ukraynanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.