
Ukraynada “Visa” və “Mastercard” ödəniş sistemlərinin işində kütləvi nasazlıq yaranıb.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Xüsusən Kiyevdə supermarketlərdə kartla ödəniş etmək mümkün deyil. Məlumata görə, həmçinin bankomatlar işləmir.
“Strana”nəşrinin məlumatına görə, ölkənin digər şəhərlərindəki supermarketlərdə də kartlar alş- veriş mümkünsüzdür.