Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb.

Hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur. Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib.

Xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar. Ölən və yaralananlarla bağlı məlumat dəqiqləşdirilir.

İstinadlar Report