Ukraynada genişmiqyaslı müharibə başlayandan indiyədək bu ölkədə ali məktəblərə qəbul olunmuş Azərbaycan vətəndaşlarının sayı məlum olub.

“Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Elm və Təhsil Nazirliyindən bildirilib ki, ötən il və bu il ümumilikdə 1440 Azərbaycan vətəndaşı ölkənin müxtəlif ali məktəblərinə qəbul olunublar.

Bunlardan 350 nəfəri ötən ilin, yerdə qalanlar isə bu ilin payına düşür.

İstinadlar Report