Ukraynanın paytaxtı Kiyevdə silahsız velosipedçini güllələyərək öldürən Rusiya hərbçisi Vadim Şişimarinin məhkəməsi keçirilir.

Məlumatı UNIAN yayıb.

Şişimarin qanunları və müharibə qaydalarını pozmaq maddəsi üzrə ittiham olunur. Başqa sözlə, o, hərbi cinayətkar olaraq məsuliyyətə cəlb olunub. Onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Vadim Şişimarin Ukrayna məhkəməsi qarşısında duran Rusiyanın ilk hərbçisidir.

İstinadlar Report