Ukraynanın Mərkəzi Seçki Komissiyasının onlayn-tablosunun məlumatlarına əsasən, prezident seçkiləri protokollarının 11,3 faizi hesablanıb.

Nəticələrə əsasən Vladimir Zelenski liderliyini davam etdirir.

Məlumata görə, onunla rəqibi Petro Poroşenko arasında seçici səsi fərqi bir qədər də artıb. Belə ki, Zelenski 73,09 faiz səs toplayıb. Son nəticələrə görə Poroşenkoya seçicilərin 24,58 faizi səs verib.

Qeyd edək ki, 1,61 faiz protokolların hesablanması zamanı bu rəqəm müvafiq olaraq 70,94 və 26,71 faiz idi.

Xatırladaq ki, dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib.