Ukrayna “TikTok”da 83, o cümlədən tass_agency kanalını bloklayıb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, buna səbəb həmin kanalların Rusiya təbliğatını yaymasıdır.

“Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya təbliğatının onlayn yayılmasına qarşı çıxmaq üçün “TikTok” sosial şəbəkəsinin administrasiyası ilə rəsmi əməkdaşlığa başlayıb”, – məlumatda bildirilib.

Mərkəz, həmçinin ukraynalılara müraciət edərək təxribat fəaliyyəti həyata keçirən “TikTok” kanalları haqqında məlumat göndərmələrini xahiş edib.

İstinadlar Report