Ukraynanın Teleradio Yayımı üzrə Milli Şurası “Ukraynada Rus Radiosu” şirkətinin lisenziyasını ləğv edib.

Bu barədə şura məlumat yayıb.

Qurumun mayın 19-da keçirilən iclasında radionun “Radio Bayraktar” adlanmasına dair qərar qəbul olunub. Bundan sonra “Ukraynada Rus radiosu” adı kimi, loqosunu da dəyişib.

Xatırladaq ki, bu il fevralın 27-də TAVR Media radiostansiya qrupu “Ukraynada Rus radiosu”nu qəbul etməmişdi.