Ukraynada daha 483 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 24 823-ə çatıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 8 nəfər artaraq 735-ə yüksəlib.

Bildirilib ki, indiyədək Ukraynada 10 440 xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,4 milyonu ötüb. Bunların 3 milyon nəfərdən çoxu sağalıb, 382 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İstinadlar Report