Ukraynanın qərbindəki Ternopol vilayətinin Dobrovodı kəndində 45 yaşlı hərbi geyimli kişi avtomatdan insanlara tərəf atəş açıb.
Bu barədə Ternopol vilayətinin polisi məlumat yayıb.
Məlumata görə, Jitomir vilayətinin 45 yaşlı sakini avtomatdan insanlara bir neçə dəfə atəş açıb, nəticədə 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.