Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan indiyədək Ukraynada 1 214 uşaq itkin düşüb.

Bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk brifinqdə bildirib.

O, həmçinin bildirib ki, bu gün 90 uşaq axtarışdadır.

Bundan başqa, onun sözlərinə görə, 2 389 uşaq Rusiyaya aparılıb.

İstinadlar Report