Kiyevdə təşkil olunacaq turnirdə Azərbaycan da iştirak edəcək

Ukraynanın paytaxtı Kiyevdə mühafizəçilər arasında dünya çempionatı keçiriləcək.
Sentyabrın 17-də start götürəcək çempionatda Azərbaycan da iştirak edəcək.
Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, Moldova, Bolqarıstan, Rumıniya, Polşa və ABŞ mühafizəçiləri də qatılacaqlar.
Ev sahibi Ukraynanı Dövlət Təhlükəsizlik İdarəsi, Milli Təhlükəsizlik İdarəsi, Müdafiə Nazirliyi və Dövlət Penitensiar Xidmətin xüsusi xidmət və hüquq-mühafizə orqanlarında çalışan mütəxəssislər təmsil edəcək.
Yarış proqramına kütləvi tədbirlər də daxil edilib. Çempionata sentyabrın 21-də yekun vurulacaq.