
Ukrayna Nazirlər Kabineti Müdafiə Nazirliyinin idarəetmə komandasını gücləndirmək məqsədilə nazirə üç yeni müavin təyin edib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Sergey Boyev müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Bu təyinata qədər o, nazir Rüstəm Umerovun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq məsələləri üzrə müavini olub. O, yeni vəzifəsində nazir müavinlərinin bütün iş istiqamətlərini əlaqələndirəcək.
Nikolay Şevtsov müdafiə nazirinin logistika və satınalmalar üzrə müavini vəzifəsini tutacaq. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Logistika Baş İdarəsinə rəhbərlik edib.