Ukraynanın Odessa vilayətinin Reni şəhərinin meri İhor Plexov rüşvətalmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə ölkənin Ali Antikorrupsiya Məhkəməsi məlumat yayıb.

Məhkəmə iclası aprelin 17-də baş tutub. Plexovla birlikdə Reni Şəhər Şurasının keçmiş deputatı İvan Poydolova da hökm oxunub.

İstintaqa görə, onlar 2,5 hektar ərazisi olan kommunal torpağın icarəsi üçün 100 min dollar rüşvət almaq istəyiblər. Məbləğin yarısını alarkən ifşa olunublar.

İstinadlar Report