Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Macarıstan hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

UTX-nin yaydığı bəyanatda Ukraynanın müdafiəsi ilə bağlı kəşfiyyat məlumatları əldə etmək üçün Macarıstan dövlətinin nəzarəti altında fəaliyyət göstərən casus şəbəkəsinin ifşa edildiyi bildirilir.

Saxlanılanlar Ukrayna Silahlı Qüvvələrinin keçmiş hərbçiləridir. Onlar Macarıstan hərbi kəşfiyyatının nümayəndəsi tərəfindən ələ alınıb və gizli əlaqə üçün pul və xüsusi avadanlıq alıblar. Agentlərə Ukraynanın hava hücumundan müdafiə sistemi haqqında ətraflı məlumatı öz kuratoruna ötürmək tapşırılıb.

İstinadlar Report