Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb.
Bu barədə ölkənin səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin bildirib.
“2024-cü ilin iyul ayında ölkədə “SARS-CoV-2” koronavirusunun “FLiRT” adlı yeni subvariantına yoluxma üzrə ilk hallar qeydə alınıb”, – Səhiyyə Nazirliyinin saytında nazirdən sitat gətirilib.
Onun sözlərinə görə, ötən həftə “FLiRT” subvariantına yolxuma üzrə üç hal aşkar edilib: ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində.
Nazirlikdən, həmçinin qeyd olunub ki, yeni ştamın xüsusi təhlükə qiymətləndirməsi yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı onun hər bir ölkə səviyyəsində izlənilməsinin zəruri olduğunu hesab edir.