Ukraynada daha 429 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bununla da ölkədə yoluxma hallarının sayı 22 811-ə çatıb.

Məlumata görə, son sutkada Ukraynada daha 10 pasiyent koronavirusun qurbanı olub. Ümumilikdə ölənlərin sayı 679-a yüksəlib.

Qeyd olunub ki, indiyədək Ukraynada 8 934 pasiyent koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

İstinadlar Report