Ukraynada ötən 24 saat ərzində 14 580 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

Bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, son sutkada 215 nəfər COVID-19-dan vəfat edib.

“Ümumiyyətlə 610 uşaq və 590 tibbi işçisi koronavirusa yoluxub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 72 minə yaxın test aparılıb.

İstinadlar Report