Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” və “Ukraynada ümumi səfərbərlik müddətinin uzadılması haqqında” fərmanlarının təsdiq edilməsi haqqında qanun layihələrini Ali Radaya göndərib.

Müvafiq qanun layihələri 7664 və 7665 nömrələri altında qeydiyyatdan keçib. Onların mətnləri hazırda parlamentin saytında mövcud deyil.