Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

Bu barədə Ukrayna prezident adminstrasiyasından UNN-ə bildirilib.

Bu qanun layihəsini Ukrayna ali radası 2021-ci il martın 30-da qəbul edib.

Qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident adminstrasiyasından qanunu belə şərh ediblər:

“Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.

İstinadlar Report